Yığmamız təlim-məşq toplanışına start verib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışına start verib. Olimpsport.az xəbər verir ki, Bakıda hazırlıq keçən yığmamızın düşərgəsinə 27 futbolçu çağırılıb.

 

Yaşar Vahabzadənin yetirmələri noyabrın 16-dək hazırlıq keçəcək. Komandada Fəhmin Muradbəyli, Kamran İbrahimov (hər ikisi “Neftçi”), İlyas Səfərzadə, Mahir Mədətov (hər ikisi “Qarabağ”), Roman Hüseynov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Süleyman Süleymanov, Murad Popov, Qismət Alıyev (hamısı “Qəbələ”), Şəfi Bağırov, Əli Nuri (hər ikisi “Kəpəz”), Kazim Birkan, Rəsul Babazadə, Təyyar Məmmədov, Fərid Əsədov (hamısı “Səbail”), Elnur Süleymanov (AZAL), Oleq Hüseynov, Taşkın Sertan (hər ikisi “İnter”), Yusif Nəbiyev, Xəyal Nəcəfov (hər ikisi “Sumqayıt”), Murad Xaçayev (“Şaxtyor”, Ukrayna), Vadim Ağarəhimov (“Zenit” İOEUGİM, Rusiya), Yusup Hakimov (“Kırkpinarspor”, Türkiyə), Rinat Hüseynov (“Amkar”, Rusiya), Tolqa Sahin (“Teutonia”, Almaniya), Elnur Cəfərov (“Duqopolye”, Xorvatiya) yer alıblar.