Şimali İrlandiya - Azərbaycan oyununun hakimləri açıqlanıb

2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin IV turunda keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyununun hakimlərinin adları açıqlanıb.

Olimpsport.az xəbər verir ki, C qrupunda keçiriləcək qarşılaşmanı Klemen Turpinin başçılığı altında fransalı hakimlər briqadası idarə edəcək.

 

Dünya çempionatı, seçmə qrup mərhələsi, C qrupu

11 noyabr

23:45. Şimali İrlandiya - Azərbaycan

Baş hakim: Klemen Turpin

Yan xətt hakimləri: Nikolas Danos, Kiril Qrinqore

Dördüncü hakim: Frank Şneyder