İntizam Komitəsinin iclası keçirilib

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. Olimpsport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olundu.

Topaz  Premyer Liqasının XI turunun “Kəpəz” – “Sumqayıt” matçının 62-ci dəqiqəsində “Kəpəz” klubunun 5 №-li futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz  Premyer Liqasının XI turunun “Neftçi” – “İnter” matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).

Topaz  Premyer Liqasının XI turunun AZAL – “Qəbələ” matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).

Oyunun 14-cü dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur(maddə 62).

İntizam Komitəsi matçın video yazısına baxdıqdan sonra aşağıdakı qərarı qəbul edir:

Oyunun 11-ci dəqiqəsində AZAL klubunun 14 №-li futbolçusu İlqar Ələkbərov rəqib oyunçuya qarşı kobud oyuna görə 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 37.1).

Əvəzedici heyətlərin XI turunun AZAL – “Qəbələ” matçının 82-ci dəqiqəsində “Qəbələ” klubunun 29 №-li futbolçusu Hacıağa Hacılı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin XI turunun “Neftçi” – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).

I Divizionun IX turunun “Energetik” – “Rəvan” matçının 59-ci dəqiqəsində “Rəvan” klubunun 8 №-li futbolçusu Eltun Xudadatov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Oyunun 85-ci dəqiqəsində “Rəvan” klubunun 11 №-li futbolçusu Elnur Abdulov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 320 manat cərimə olunur (maddə 42.3).

I Divizionun IX turunun “Səbail” – “Şahdağ” matçının 65-ci dəqiqəsində “Şahdağ” klubunun 22 №-li futbolçusu Habil Nurəhmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 “Zirə” PFK klubu Apellyasiya Arbitraj Tribunalına müraciət edərək əvəzedici heyətlərin IX turunun AZAL  – “Zirə”  matçında “Zirə”  klubunun futbolçusu Əmrah Əliyevə göstərilmiş qırmızı vərəqəyə yenidən baxılmasını xahiş etmişdir.

Apellyasiya Arbitraj Tribunası bu məsələyə baxılması üçün İntizam Komitəsinə müraciət etmişdir.

İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:

İntizam Komitəsinin 11 №-li protokoluna əsasən əvəzedici heyətlərin IX turunun AZAL  – “Zirə”  matçında “Zirə”  klubunun futbolçusu Əmrah Əliyevə verilmiş 4 oyunluq cəza 2 oyunluq şərti  cəza kimi tətbiq edilir və futbolçuya 6 ay sınaq müddətə verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir (maddə 33).