"Qarabağ" noyabrın 10-da bir araya gələcək

Milli komandaların toplanışı ilə əlaqədar olaraq "Qarabağ" Azərbaycan Premyer Liqasının XI turunda "Zirə" ilə matçdan sonra istirahətə buraxılıb. Olimpsport.az xəbər verir ki, komanda noyabrın 10-da yenidən bir araya gələcək.
 
Ağdamlılar həmin gündən etibarən ölkə çempionatının XII turunda qarşılaşacaqları "Kəpəz"lə matçın hazırlıqlarına start verəcək. Qeyd edək ki, həmin oyun noyabrın 19-da keçiriləcək.