"Arzulanan məqsədə çatmaq üçün daha bir addım atmalıyıq" - Bədavi Hüseynov

"Bu oyunda da hamı bizdən uğurlu nəticə, ən azı 1 xal qazanmağı gözləyir. Buna görə də səfərə qələbəyə köklənərək gedirik. Amma rəqib də güclü komandadır. Üstəlik, doğma divarlar arasında oynayacaqlar. İstənilən halda azarkeşləri sevindirmək və yaxşı nəticə ilə vətənə qayıtmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik".
Olimpsport.az xəbər verir ki, bu sözləri jurnalisltərə açıqlamasında Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov  deyib.
 
 
"Rəqibin heyətində hündür boy futbolçuları çoxdur. Onlar həm də fiziki cəhətdən güclüdürlər. İkinci mərtəbədə mübarizə zamanı bizə çətin olacağını bilirik. Standart vəziyyətlər heç də az əhəmiyyət daşımır. Bu baxımdan çox diqqətli olmalıyıq. Norveç və Çexiya ilə oyunlarda bu mənada yaxşı çıxış etdik. Rəqibə ikinci mərtəbədəki üstünlüklərindən istifadə etmək imkanı vermədik. Eyni sayıqlığı yenə göstərməliyik".
 
 
"Hələlik mərkəzdə, yoxsa sağ cinahda çıxış edəcəyimi dəqiq bilmirəm. Baş məqşi qərar verəcək. Maksim Medvedev təcrübəli oyunçudur. Meydana mərkəz müdafiəçisi kimi çıxdığı oyunlarda da inamlı layiqli oyun sərgiləyib. Müdafiədə istənilən möqvqedə necə və harada oynamalı olduğunu yaxşı bilir. Yəni baş məqşçi Rəşadla Maksimin oynamasına üstünlük versə, onların layiqli çıxış edəcəyinə şübhə etmirəm. Onlar bunu artıq nümayiş etdirib. Hər şeyə baş məşqçi qərar verəcək".
 
 
"Ardıcıl 2 qələbə qazanmışıq və əhval-ruhiyyə yaxşıdır. Arzulanan məqsədə çatmaq üçün daha bir addım atmalıyıq. Buna görə də Şimali İrlandiyaya yüksək ab-hava ilə gedirik. Düzdür, bir qədər fərqli atmosferdir, milli səviyyəsinə keçid olacaq. Amma hamısı tanış uşaqlardır, yaxşı olacaq".