"Əsas odur ki, çəkinməyək" - Əfran İSmayılov

"Vəziyyətimizin necə olduğunu bilirik. Yaxşı nəticələr qazanmışıq. Əsas odur ki, baş məşqçinin dediyi ki, bunun davamını gətirməliyik". Olimpsport.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında futbol üzrə Azərbaycan millisinin üzvü Əfran ismayılov  deyib.
 
Yarımmüdafiəçi Şimali İrlandiya ilə oyunun ağır olacağını deyib: "Bilirik ki, çox ağır səfər olacaq. Həm yolumuz uzundur, həm də komanda güclüdür. Buna baxmayaraq ən azı bir xalı yaxşı nəticə saymaq olar. 7 xal önəmlidir. İndidən nəsə demək olmaz. Əsas odur ki, çəkinməyək, baş məçşqçinin tapşırıqlarını yerinə yetirək və öz oyunumuzu göstərək. Belə olan halda yaxşı nəticə qazanacağıq. Rəqibin nə deməsindən asılı olmayaraq bizə öz oyunumuz maraqlıdır. Öz futbolumuzu oynayıb yaxşı nəticə ilə qayıtmalıyıq".(Sportnet)