Yunanıstanda futbol üzrə ölkə çempionatı dayandırılıb

Yunanıstanda futbol üzrə ölkə çempionatı dayandırılıb. Olimpsport.az xəbər verir ki, buna səbəb Beynəlxalq Hakimlər Komitəsinin sədri Giorgis Bikasın evinin yandırılmasıdır.

Yerli futbol federasiyası qeyri-müəyyən müddətə ölkədəki bütün peşəkar futbol yarışlarını dayandırıb. Artıq məsələ ilə bağlı FİFA-ya müraciət olunub.

Hadisə ilə bağlı cinayət işi açılıb.