"Neftçi"nin futbolçusu millidə

“Neftçi”nin futbolçusu Vançe Şikov Makedoniya millisinə dəvət alıb. Olimpsport.az saytının məlumatına görə, müdafiəçi yığmasının İspaniya ilə oyunu üçün heyətə çağırılıb.

 

Futbolçunun Elxan Abdullayev tərəfindən "Neftçi"nin əsas heyətindən uzaqlaşdırılması da bu dəvətə mane olmayıb.

 

Qeyd edək ki, Şikov artıq ölkəmizdən ayırılıb və millisinin düşərgəsinə qoşulub.