"Neftçi"də daha bir ayrılıq

"Neftçi" xorvatiyalı legionerlə yollarını ayırıb.

Olimpsport.az xəbər verir ki, xorvat müdafiəçi Dario Melnyakla müqavilə qarşılıqlı razılıq əsasında pozulub. "Neftçi"yə Prosineçkinin menecerləri tərəfindən təklif olunan Melnyak artıq Bakını tərk edib və Belçika "Lokeren"in düşərgəsinə qoşulacaq.

Faktı "azerisport.com"-a açıqlamasında klubun idman direktoru Orxan Hüseynzadə təsdiqləyib.