Rəşad Sadıqov millidən ayrıldı!

DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində ciddi itkinin olduğunu xəbər vermişdik. Belə ki, yığmamızın Belfasta yollanmamışdan öncə keçirilən son məşqində kapitan Rəşad Sadıqov sıradan çıxıb.
 
Buna baxmayaraq, o, milli üzvləri ilə birgə iki gün öncə sözügedən şəhərə yollanıb. Ancaq Sadıqovun durumu çox ciddidi. Onun Şimali İrlandiyaya qarşı oynamayacağı dəqiqləşib. Olimpsport.az  Futbol11.az-a istinadən xəbər verir ki, bu səbəbdən Rəşad millinin düşərgəsindən ayrılıb. O, müalicə üçün Almaniyanın Münhen şəhərinə yollanıb.

 
Müayinədən sonra təcrübəli müdafiəçinin durumuna aydınlıq gələcək. Bizdə olan bilgiyə görə, Sadıqov "Qarabağ”ın heyətində Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində "Slovan”la səfərdə keçiriləcək matçda da iştirak etməyəcək. Çünki onun dizində olan yırtığa görə əməliyyat olunma ehtimalı da var.