Futbolçu hakimlə evləndi

Yaşıl meydanlarda daha əvvəl qeydə alınmamış hadisə Türkiyə futbolunda yaşanıb.
 
Olimpsport.az Futbol11.az-a istindən xəbər verir ki, həvəskarlar liqasında çıxış edən Ali Babaigid adlı futbolçu yan xətt hakimi ilə evlənib.
 
İş burasındadı ki, futbolçu xanım hakimlə oyun zamanı tanış olub. Belə ki, Ali oyundankənar vəziyyətə düşəndə yan xətt hakiminə etiraz edib. Etiraz zamanı isə o, xanıma aşiq olub. Oyunda tanış olan cütlük sonradan ailə qurublar.