Millimiz cari seçmə mərhələdə ilk məğlubiyətini darmadağınla aldı

 2018-ci il dünya çempionatının seçmə qrup matçında Şimali İrlandiya və Azərbaycan milli komandaları qarşılaşıb.

OLimpsport.az  xəbər verir ki, millimiz cari seçmə mərhələdə ilk məğlubiyyətini darmadağınla alıb.

Meydan sahibləri hər hissədə qapımıza 2 dəfə yol taparaq böyükhesablı məğlubiyyətimizi rəsmiləşdiriblər.

Bununla da rəqib xal sayında Azərbaycana çatıb və turnir cədvəlində 2-ci pilləni özünə təmin edib. Bu britaniyalıların şəxsi oyun hesabında bizdən üstün olması sayəsində mümkün olub.

Dünya çempionatı, seçmə qrup mərhələsi, C qrupu

11 noyabr

23:45. Şimali İrlandiya - Azərbaycan - 4:0

Qollar: Kayl Lafferti, 27, Qaret Makoli, 40, Konor Maklauhlin, 67, Kevin Brant, 83

Baş hakim: Klemen Turpin

Yan xətt hakimləri: Nikolas Danidos, Kiril Qrinqore

Dördüncü hakim: Frank Şneyder (hamısı Fransa)

Belfast. "Windsor Park" stadionu