Milli komandamızın tarixində 43-cü dəfə

Azərbaycan millisi tarixində 43-cü dəfə böyükhesablı məğlubiyyət alıb. Olimpsport.az Apasport.az-a istinadən xəbər verir ki, bu darmadağın DÇ-2018-in seçmə mərhələsinin Şimali İrlandiya ilə səfər matçında qeydə alınıb.

 

1992-ci ildə yaranan komandamız tarixinin 227-ci matçında 0:4 hesabı ilə uduzub. Millimiz keçirdiyi oyunların təxminən 19 faizində darmadağın yaşayıb.

 

Elə ilk görüşündə - 1992-ci sentyabrın 17-də Gürcüstana 3:6 hesabı ilə uduzan yığmamız sonuncu belə yenilgisini ötən il almışdı. 2015-ci il iyunun 7-də Serbiya ilə yoxlama matçında almışdı. 523 gün öncə komandamız 1:4 hesabı ilə yenilmişdi.

 

Seçmə mərhələdə son böyükhesablı məğlubiyyət, həmçinin ən azı 4 top fərqi ilə uduzduğumuz son qarşılaşma isə 760 gün öncə baş tutub. 2014-cü il oktyabrın 13-də Xorvatiya millisi yığmamızı 6:0 hesabı ilə yenib və Berti Foqtsun istefasına səbəb olub.

 

Millimizin darmadağınlarından 22-si 3 top fərqilə olubsa, 21-ci dəfə daha acınacaqlı hesaba yenilmişik. Yığmamız 8 dəfə 4, 6 dəfə 5,  4 dəfə 6 top fərqilə uduzub. Yığmamızın hesabında 7, 8 və hətta 10 top fərqilə məğlubiyyət də var.

 

Yığmamızın bütün böyükhesablı məğlubiyyətləri

17 sentyabr 1992. Gürcaani. YO. Gürcüstan – Azərbaycan 6:3

19 aprel 1994. Ta Qali. YO. Malta – Azərbaycan 5:0
7 sentyabr 1994. Buxarest. AÇ. Rumıniya – Azərbaycan 3:0
29 mart 1995. Koşitse. AÇ. Slovakiya – Azərbaycan 4:1
26 aprel 1995. Trabzon. AÇ. Azərbaycan – Rumıniya 1:4
15. 6 sentyabr. Oser. AÇ. Fransa – Azərbaycan 10:0
2 iyun 1996. Oslo. DÇ. Norveç – Azərbaycan 5:0
10 noyabr 1996. Bakı. DÇ. Azərbaycan – Macarıstan 0:3

8 iyun 1997. Helsinki. DÇ. Finlandiya – Azərbaycan 3:0
11 oktyabr 1997. Sürix. DÇ. İsveçrə – Azərbaycan 5:0

5 sentyabr 1998. Koşitse. AÇ. Slovakiya – Azərbaycan 3:0
10 oktyabr 1998. Bakı. AÇ. Azərbaycan – Macarıstan 0:4
26 mart 1999. Gimaraynş. AÇ. Portuqaliya – Azərbaycan 7:0
9 iyun 1999. Buxarest. AÇ. Rumıniya – Azərbaycan 4:0
18 avqust 1999. Səmərqənd. YO. Özbəkistan – Azərbaycan 5:1
8 sentyabr 1999. Budapeşt. AÇ. Macarıstan – Azərbaycan 3:0
6 fevral 2000. Ta`Qali. BT. Malta – Azərbaycan 3:0
6 oktyabr 2000. Skopye. DÇ. Makedoniya – Azərbaycan 3:0
2 iyun 2001. İstanbul. DÇ. Türkiyə – Azərbaycan 3:0
7 oktyabr 2001. Stokholm. DÇ. İsveç – Azərbaycan 3:0

20 fevral 2002. Sofiya. YO. Bolqarıstan – Azərbaycan 3:0
12 oktyabr 2002. Helsinki. AÇ. Finlandiya – Azərbaycan 3:0
29 mart 2003. Kardiff. AÇ. Uels - Azərbaycan 4:0
11 oktyabr 2003. Reco di Kalabriya. AÇ. İtaliya – Azərbaycan 4:0
18 fevral 2004. Ramat – Qann. YO. İsrail – Azərbaycan 6:0
26 mart 2005. Varşava. DÇ. Polşa – Azərbaycan 8:0
4 iyun 2005. Bakı. DÇ. Azərbaycan – Polşa 0:3
15 avqust 2006. Kiyev. YO. Ukrayna – Azərbaycan 6:0
7 oktyabr 2006. Portu. AÇ. Portuqaliya – Azərbaycan 3:0
11 oktyabr 2006. Brüssel. AÇ. Belçika – Azərbaycan 3:0

24 mart 2007. Varşava. AÇ. Polşa – Azərbaycan 5:0
17 oktyabr 2007. Bakı. AÇ. Azərbaycan – Serbiya 1:6
9 iyun 2009. Bakı. YO. Azərbaycan - İspaniya 0:6
9 sentyabr 2009. Hannover. DÇ. Almaniya - Azərbaycan 4:0
7 sentyabr 2010. Köln. AÇ. Almaniya - Azərbaycan 6:1
8 oktyabr 2010. Vyana. AÇ. Avstriya - Azərbaycan 3:0
29 mart 2011. Brüssel. AÇ. Belçika – Azərbaycan 4:1

7 oktyabr 2011. Bakı. AÇ. Azərbaycan – Avstriya 1:4

11 sentyabr 2012. Braqa. DÇ. Portuqaliya – Azərbaycan 3:0

3 sentyabr 2014. Moskva. YO. Rusiya – Azərbaycan 4:0

13 oktaybr 2014. Osiyek. AÇ. Xorvatiya – Azərbaycan 6:0

7 iyun 2015. Sankt-Polten. YO. Azərbaycan – Serbiya 1:4

11 noyabr 2016. Belfast. DÇ. Şimali İrlandiya – Azərbaycan 4:0