Maksim Medvedev üçün əlamətdar oyun

DÇ-2018-in seçmə mərhələsinin Şimali İrlandiya ilə oyunu Azərbaycan millisinin futbolçusu Maksim Medvedev üçün əlamətdar olub. Olimpsport.az Apasport.az-a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi yığma karyerasında 40-cı matça çıxıb.

 

Lakin Belfastdakı qarşılaşmada qeydə alınan yubiley uğursuzluqla müşayiət olunub. Öncə müdafiəçi başından zədələnərək sarğı ilə çıxış edib. Millimiz isə Maksimin 40-cı görüşündə 0:4 hesabı ilə uduzub.

 

Qeyd edək ki, Maksim 1 qol vurduğu millidə ilk matçını 2009-cu il oktyabrın 10-da keçirib. Həmin gün komandamız Vadutsda Lixtenşteyni 2:0 hesabı ilə məğlub edib.