XII turun oyun cədvəli açıqlandı

Topaz Premyer Liqasında XII turun oyun cədvəli açıqlanıb. Olimpsport.az  xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra baş tutacaq qarşılaşmalar iki gün davam edəcək.

Turun açılış oyunu  noyabrın 19-da saat 15:00-da başlayacaq. “Qəbələ” “Zirə”ni qəbul edəcək. Günün ikinci görüşündə Ağdam təmsilçisi Gəncə təmsilçilərini qonaq edəcək. Bazar günü "Sumqayıt" "Neftçi"ni, "İnter" AZAL-ı qəbul edəcək.

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Topaz Premyer Liqası
XII tur
19 noyabr (şənbə)

15:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu

18:00. “Qarabağ” – "Kəpəz"

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

20 noyabr (bazar)

14:00. "Sumqayıt" - "Neftçi"
Sumqayıt şəhər stadionu

16:00. "İnter" - AZAL
“İnter Arena”