Bir-birini təhqir edən futbolçular cəzalandırıldı

Bu gün AFFA-nın inzibati binasında İntizam Komitəsinin iclası keçirilib.

Olimpsport.az
xəbər verir ki, iclasında I Divizionun XI turunda keçirilən görüşlərlə bağlı aşağıdakı qərarlar qəbul olunub. 
 
"Səbail” – "Zaqatala” matçında "Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
 
"Ağsu” – "Rəvan” matçının 77-ci dəqiqəsində "Rəvan” klubunun 17 №-li futbolçusu Zahid Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur  (maddə 37.1).
 
MOİK – "Turan Tovuz” matçının 73-cü dəqiqəsində MOİK klubunun 14 №-li futbolçusu Orxan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
 
Oyunun 3-cü dəqiqəsində "Turan Tovuz” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunur (maddə 52).
"Qaradağ Lökbatan” – "Mil-Muğan” matçının 82-ci dəqiqəsində "Mil-Muğan” klubunun 44 №-li futbolçusu Ramazan Həsənov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
 
Oyunun 40-cı dəqiqəsində "Qaradağ Lökbatan” klubunun baş məşqçisi Azər Bağırov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır klub 80 manat cərimə olunur (maddə 62).
 
"Göyəzən” – "Bakılı” matçında "Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
"Şərurspor” – "Şahdağ” matçının 90+2-ci dəqiqəsində "Şahdağ” klubunun  9 №-li futbolçusu Ramil Mansurov və "Şərurspor” klubunun 13 №-li futbolçusu Musa Rəhimov bir-birilərini təhqir etdiklərinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanır, klublar 160 manat cərimə olunur (maddə 42.1).