"Qarabağ" "Kəpəz"i "Bayıl Arena"da qəbul edəcək

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 12-ci turun oyun cədvəli müəyyənləşib.

Olimpsport.az xəbər verir ki, "Qarabağ"dan başqa digər komandalar rəqiblərni doğma meydanda qarşılayacaq. Ancaq "Qarabağ" "Azərsun Arena"da deyil, məhz "Bayıl Arena"da "Kəpəz"i qəbul edəcək.

18 noyabr (cümə)

"Qarabağ” – "Kəpəz”
"Bayıl Arena”, 19:00

"Qəbələ” – "Zirə”
Qəbələ şəhər stadionu, ehtiyat meydança, 14:00

19 noyabr (şənbə)

"İnter” – AZAL
"İnter Arena”, 17:00

"Sumqayıt” – "Neftçi”
"Kapital Bank Arena”, 15:00