Dabo komanda ilə məşqlərə başladı

Topaz Premyer Liqasının XII turu çərçivəsində “Zirə”ni qəbul edəcək “Qəbələ” oyuna itki ilə çıxacaq. Olimpsport.az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk bu görüşdə Sergey Zenyovun xidmətindən istifadə edə bilməyəcək.

 

Belə ki, zədəli olan estoniyalı futbolçu məşqlərdə iştirak edə bilmir. Əvəzində “Qəbələ”nin digər aparıcı üzvü Baqali Dabo sıraya dönüb. Zədəsini sağaldan fransalı hücumçu komanda ilə birgə məşqlərə başlayıb. Qriqorçuk şans verəcəyi təqdirdə, Dabo “Zirə” ilə matçda meydana çıxmağa hazırdı.

 

Qeyd edək ki, şənbə günü keçiriləcək “Qəbələ” – “Zirə” matçı saat 15:00-da start götürəcək.(Apasport)