"Neftçi"də daha bir ayrılıq

“Neftçi” futbol klubunda daha bir ayrılıq yaşanıb. Olimpsport.az klub saytına istinadən xəbər verir ki,  futbolçu Denilson ilə icarə müqaviləyə xitam verilib. Bu, hər iki tərəfin qarşılıqlı razılaşması əsasında baş tutub. Braziliyalı hücumçu müqavilə ilə məxsus olduğu İspaniyanın “Qranada” klubuna qayıdıb.