PFL oktyabr ayının ən yaxşı qolunun müəllifini mükafatlandırdı

Peşəkar Futbol Liqasının layihəsi olan “Birinci Divizionda ayın ən yaxşı qolu” nominasiyasında ikinci qalib mükafatlandırılıb.

Olimpsport.az xəbər verir ki, PFL-in saytı vasitəsi ilə həyata keçirilən sorğunun nəticəsinə əsasən, “Zaqatala”nın futbolçusu Emin Mehtiyevin MOİK-in qapısından keçirdiyi top oktyabr ayının ən yaxşı qolu seçilib.

Mehdiyev pul mükafatını (500 AZN) və xüsusi hədiyyəni bu gün keçirilən “Zaqatala” – “Ağsu” oyunundan öncə Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov təqdim edib.