AFFA rəsmisi ÇL oyununa təyinat aldı

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA-dan yeni təyinat alıb.

Olimpsport.az xəbər verir ki, AFFA nümayəndəsi UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 22-də, Moskva şəhərindəki ÇSKA Arenada keçiriləcək ÇSKA (Rusiya) - "Bayer Leverkuzen" (Almaniya) oyununda matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.