"Qarabağ"ın oyunu üçün təyinatlar açıqlandı

Avropa Liqasının qrup mərhələsi V çərçivəsində keçiriləcək “Slovan” – “Qarabağ” matçının baş hakimi bəlli olub.

Olimpsport.az xəbər verir ki, Ağdam klubunun Çexiya təmsilçisi ilə matçını isveçli Stefan Yohanesson idarə edəcək. Ona Fredrik Nilsson və Mehmet Culum kömək göstərəcəklər. Qarşılaşmanın hakim-inspektoru San-marinolu Stefano Podesçi, UEFA nümayəndəsi isə Şimali irlandiyalı Roy Ketkart olacaq.

 

Qeyd edək ki, “Slovan” – “Qarabağ” görüşü noyabrın 24-də keçiriləcək. Oyun bakı vaxtı ilə saat 22:00-da başlayacaq.