Qriqorçukun həmyerliləri "Qəbələ"nin matçında

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Anderlext” matçının baş hakimi müəyyənləşib. 

 

Olimpsport.az  xəbər verir ki, qarşılaşmanı ukraynalı Yevgeni Aranovski idarə edəcək. Ona görə Sergey Bekker və Aleksandr Voytyuk kömək göstərəcək.

 

Qeyd edək ki, noyabrın 24-də "Bakcell Arena"da  keçiriləcək "Qəbələ" - "Anderlext" matçı saat 20:00-da başlayacaq.