Əliyar Ağayev daha bir təyinat alıb

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.

Olimpsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, V turun “Şalke” (Almaniya) – “Nitsa” (Fransa) duelini idarə edəcək. 

 

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Orxan Məmmədov və Rəhim Həsənovdur.

 

Qeyd edək ki, Ağayevin idarə edəcəyi oyun noyabrın 24-də  Gelsenkirchen stadionunda keçiriləcək.