Elnur Abdullayev üçün əlamətdar tur
Topaz Premyer Liqasının XII turu “İnter”in futbolçusu Elnur Abdullayev üçün yubileylə əlamətdar olub. Olimpsport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib. Yarışda ilk matçını 2001/02 mövsümündə keçirən Abdullayev bu müddətdə 18 qol vurmağı bacarıb. AZAL-la ev oyunundakı (3:0) yubileyi “İnter”in heyətində qeyd edən futbolçu bu klubadək “Turan”, “Bakı” (həm “Dinamo”, həm də “Bakı” adlandığı vaxt), “Neftçi”, AZAL (“Olimpik” adlandığı vaxt), “Muğan”, “Xəzər Lənkəran”, “Simurq”da da çıxış edib.
300-ə 8-ci klubunda çatan yarımmüdafiəçi ölkə çempionatları tarixində ən azı bu qədər matç keçirən 16-cı futbolçu olub. Elnuradək yalnız 15 oyunçu “300”ü arxada qoyub.
mövsüm |
klub |
oyun |
qol |
2001/02 |
Turan (Tovuz) |
1 |
0 |
2003/04 |
Dinamo (Bakı) |
5 |
1 |
2003/04 |
Neftçi (Bakı) |
2 |
0 |
2004/05 |
Bakı |
20 |
1 |
2005/06 |
Olimpik (Bakı) |
12 |
0 |
2005/06 |
Bakı |
4 |
0 |
2006/07 |
Bakı |
21 |
0 |
2007/08 |
Bakı |
19 |
1 |
2008/09 |
Muğan (Salyan) |
12 |
1 |
2009/10 |
Muğan (Salyan) |
30 |
1 |
2010/11 |
Muğan (Salyan) |
18 |
0 |
2010/11 |
Xəzər Lənkəran |
11 |
2 |
2011/12 |
Xəzər Lənkəran |
28 |
1 |
2012/13 |
Xəzər Lənkəran |
26 |
2 |
2013/14 |
Xəzər Lənkəran |
34 |
4 |
2014/15 |
Xəzər Lənkəran |
14 |
1 |
2014/15 |
Simurq (Zaqatala) |
13 |
1 |
2015/16 |
İnter (Bakı) |
22 |
2 |
2016/17 |
İnter (Bakı) |
8 |
0 |
Cəmi |
300 |
18 |