"Turan"dan örnək addım - "Uğur bizim olsun!"

Tovuzun "Turan" klubu futbolçu olmaq istəyən 11 yaşlı Uğur adlı azarkeşi sevindirib. Olimpsport.az xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən və müalicə üçün Rusiyaya yollanacaq Uğur klubun bazasına dəvət olunub, komandanın məşqində iştirak edib. Məşqçi və futbolçu heyyəti ilə tanış olan Uğura klubun forması, şərfi və top həddiyə olunub.
Növbəti ev oyununda "Uğur bizim olsun!" adlı xeyriyyə aksiyası təşkil olunacaq və əldə olunacaq gəlir Uğurun müalicəsinə sərf olunacaq.