"Neftçi"nin legioner futbolçusu sıradan çıxdı

"Neftçi" klubunun futbolçusu Jonas Pessalli 2 həftəlik sıradan çıxıb. 

Olimpsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Sumqayıt"la Azərbaycan Premyer Liqasının XII tur matçında sağ pəncəsindən zədələnib. 

O, Premyer Liqada "Kəpəz"lə səfər, ölkə kubokunda "Şərurspor"la 1/8 final mərhələsinin oyununu buraxacaq. 

Ağır zədədən sonra müalicəsini davam etdirən yarımmüdafiəçi Elşən Abdullayev isə noyabrın 24-də fərdi məşqlərə başlayacaq. Onun komanda ilə məşqlərə nə vaxt qatılacağı hələ dəqiqləşməyib.