Bir heç-heçə yetər!

Azərbaycan avrokuboklar tarixində yeni rekordun asntanasındadı. Olimpsport.az Apasporta istinadən xəbər verir ki, təmsilçilərimiz iki gün sonra keçiriləcək Avropa Liqasının qrup mərhələsinin V turunda cəmi 1 heç-heçə etsə, tarixi nailiyyətə imza atacaq. Söhbət ən uğurlu mövsümdən gedir.

 

Belə ki, bu il avrokuboklarda mübarizəyə başlayan 4 komandamız UEFA reytinqimizə ümumilikdə 4,250 xal toplayıb.

 

Bu isə ötən mövsümkü rekord göstəricidən 0,125 xal azdı. Məsələ ondadı ki, 1994-cü ildən qitə kuboklarında çıxış edən təmsilçilərimizin elə ən yaxşı nailiyyəti 2016/17 mövsümünə təsadüf edib.

 

İndi həmin 4,375 xallııq rekordu qırmaq üçün komandalarımıza bir heç-heçə lazımdı. Yarışın əsas mərhələsində bərabərliyin dəyəri 0,250 xalla ölçüldüyündən bu sülh hesabımızı 4,500-ə çatdıra bilər.

 

Yeni rekord noyabrın 24-də Belçika “Anderlext”ini qəbul edən “Qəbələ”nin uğurlu çıxışı ilə rəsmiləşməsə, Çexiyada “Slovan”ın qonağı olacaq “Qarabağ”dan nəticə gözləyəcək. Əgər bu cütlük cümə axşamı yeni rekord rəsmiləşdirməsə və hər ikisi uduzsa belə, növbəti turda mütləq göstərici ümidi qalacaq.

 

Avrokuboklardakı 5 ən uğurlu mövsüm

 

mövsüm

xal

2015/16

4,375

2016/17

4,250

2014/15

3,625

2012/13

3,000

2013/14

2,500