"Mən belə biabırçılıq yaşamamışdım” - "Rəvan"ın futbolçusu

“İlk dəfədir ki, I Divizionda oynayıram. Axı, mən necə danışılmış oyunlarda iştirak edə bilərəm?”

Olimpsport.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Rəvan”ın futbolçusu Mirqasım Cabbarlı söyləyib. Yarımmüdafiəçi adının danışılmış oyunlarda iştirak edənlərin siyahısında yer almasında inana bilmədiyini deyib

“İlk dəfə çıxış etdiyim I Divizionda artıq məni şərləyiblər. Özüm də bilmirəm ki, adım niyə o siyahıda yer alıb. Uşaqlar zəng edib dedilər ki, sənin də adın “qara siyahı”ya düşüb, inana bilmirdim. Elə bildim ki, zarafat edirlər, amma saytlarda oxudum və həqiqətən də var imiş. Mən belə biabırçılıq yaşamamışdım”.