“Qarabağ” "Rostov"la qarşılaşacaq

"Qarabağ” hazırda istirahətdədir.

Olimpsport.az saytının məlumatına görə, yeni mövsümün hazırlıqları üçün iyunun 16-da toplaşacaq komanda təlim-məşq toplanışı üşün Avstriyaya yollanacaq. Son 2 ildə olduğu kimi bu dəfə də Ağdam klubu Avstriya-Almaniya sərhədinə yaxın Kössen qəsəbəsində hazırlıq keçəcək. Çempionlar Liqasının II təsnifat mərhələsində çıxış edəcək komanda buna qədər 4 yoxlama oyunu keçirməyi planlaşdırır.  “Qarabağ” ilk görüşünə iyunun 25-ində çıxacaq. Qurban Qurbanovun yetirmələri Avstriya təmsilçisi “FC Wacker Innsbruck”la  hazırlıq keçdiyi kompleksin meydançasında qarşılaşacaq.

“Qarabağ”ın 2-ci hazırlıq qarşılaşması iyunun 28-inə baş tutacaq. Komanda qeyd olunan gün cari mövsüm sürpriz çıxışıyla diqqət çəkərək Rusiya Premyer Liqasını gümüş medallarla bitirərək ölkəsini Çempionlar Liqasında təmsil edəcək “Rostov”la qarşılaşacaq.