İngiltərə Premyer Liqa klubu baş məşqçisi ilə müqavilə müddətini uzadıb
2024/2025 mövsümündən etibarən İngiltərə Premyer Liqasında çıxış edəcək "İpsviç" kollektivi baş məşqçisi Kiran Makkenna ilə müqavilə müddətini uzadıb.
"Olimpsport" klubun rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis daha 4 il "traktorçular"ı çalışdıracaq.
Qeyd edək ki, "İpsviç" cari mövsüm K.Makkenanın rəhbərliyi altında Çempionşipi 96 xalla ikinci sırada başa vuraraq 22 il sonra Premyer Liqada iştirak hüququ qazanıb.