Mauritsio Sarri "Panatinaikos"a rəhbərlik edə bilər

İngiltərənin "Çelsi", İtaliyanın "Napoli", "Yuventus" və "Latsio" klublarının sabiq baş məşqçisi Mauritsio Sarri Yunanıstan "Panatinaikos"una rəhbərlik edə bilər.

"Olimpsport" SDNA-ya istinadən xəbər verir ki, Afina klubu italiyalı mütəxəssisə vergilər çıxıldıqdan sonra 4,5 milyon avro maaşla 3 illik müqavilə təklif edib.

Mütəxəssis razılaşacağı təqdirdə, Yunanıstanın idman tarixinə ən çox maaş alan məşqçi kimi düşəcək.

Qeyd edək ki, Sarrinin son iş yeri İtaliyanın "Latsio" klubu olub. Hazırda baş məşqçi postu boş olan "Pantinaikos" klubunu sonuncu dəfə türkiyəli mütəxəssis Fatih Terim çalışdırıb.