Futbol millimiz Omanı qəbul edəcək

 

2017.05.21  20:27 


Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına yekun vurulacaq.


“Olimpsport.az”ın məlumatına görə, bu gün keçirilən iki oyunla komandalar öz mükafatlarına qovuşacaq.

Finalda millimiz Oman yığması ilə qarşılaşacaq. Qrupda keçiridiyi oyunlarda iki heç-heçə və bir qələbə ilə ikinci yerin sahibi kimi yarımfinala adlayan yığmamız yarımfinalda Əlcəzairə gücünü göstərib.

Yaşar Vahabzadənin yetirmələri ərəblərə iki cavabsız qol vuraraq həlledici mərhələdə oynamağa haqq qazanıb. Artıq qızıl medalların bir addımlığında olan komandamız doğma meydan amilindən də yararlanaraq tarixi şansı əldən vermək istəmir.

Bürünc medal uğrunda isə Kamerunla Əlcəzair yığmaları qarşılaşıblar. Ərəblər 2:0 hesablı qələbə ilə Oyunları 3-cü pillədə başa vurublar.

IV İslam Həmrəyliyi Oyunları
Futbol

Final
21:00. Azərbaycan – Oman

Bürünc medallar uğrunda oyun
Əlcəzair – Kamerun - 2:0
Qollar: Ahmed Qaqa, 55, Abderrahim Hamra, 63