Azərbaycan komandası liderdir

 

2017.05.22   10:29 


Ölkəmizdə keçirilən İslamiada yarışlarına bu gün yekun vurulacaq.


"Olimpsport.az"ın məlumatına görə, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının 9-cu günündə Azərbaycan medal siyahısında liderliyini davam etdirib.
Hazırda Azərbaycan milli komandasının hesabında 154 medal (75 qızıl, 46 gümüş və 33 bürünc) var.
Gün ərzində Azərbaycan idmançıları 20 medal qazanıblar. Bu medallardan 9-u qızıl, 7-si gümüş, 4-ü bürüncdür. Milli komandamızın aktivinə ən çox medalı qadın güləşçilərimiz yazdırıblar. Qadın güləşi yarışlarında idmançılarımız 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.
İslamiadanın doqquzuncu günündə aktivinə 13 medal yazdıran Türkiyə ikinci sıradadır. Hazırda Türkiyə yığmasının hesabında 185 medal (68-63-54) var.
Üçüncü sırada qərarlaşan İran idmançıları İslamiadada 90 medal (31-26-33) əldə ediblər. Hazırda siyahıda dördüncü yerdə qərarlaşan Özbəkistanın hesabında 62 medal (15-17-30) var. Bəhreyn 21 medalla (12-5-4) ilk beşliyi qapayır.
Ümumilikdə doqquz gün ərzində 39 ölkənin idmançıları medal qazana biliblər.