Rio-2016: Taekvondoçumuz 1/4 finalda!

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında taekvandoçuların mübarizəsinə yekun vurulacaq. Olimpsport.az saytının məlumatına görə, Braziliyaya tam heyətlə yollanmış komandamızın heyətində  son olaraq Radik İsayev dayanq üzərinə çıxıb.

 

+80 kq çəki dərəcəsində mübarizə aparacaq dünya və Avropa çempionumuz Radik İsayev yarışa 1/8 finaldan start verib. O, mərhələ adlamaq üçün Qazaxıstan idmançısı Ruslan Japarovla üz-üzə gəlib. Görüşboyu rəqibindən üstün olan Radik İsayev ilk raundda xal qazana bilməsə də, ikinci və üçüncü raundda bu üstünlüyünü xala çevirərək rahat qələbə qazanıb - 11:2.

 

Təmsilçimiz 1/4 finalda Dongmin Ça (Cənubi Koreya) ilə gücünü yoxlayacaq. Görüş 23:45-də start götürəcək.