"Avropa Oyunlarında yüksək səviyyəli təşkilatçılıq vardı"-Ukraynalıidmançı

"Rioda otağımızın uzunluğu üç metr, eni isə iki metr idi. Biz bu otaqda bütün əşyalarımızı, məşqdə istifadə etdiyimiz avarları saxlamalı idik". Olimpsport.az-ın Reporta istinadən verdiyi məlumata görə, bunu Braziliyanın Rio-de-Janeyro şəhərindəki XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş ukraynalı kanoeçi Dmitri Yançuk deyib.

Olimpiya Kəndindəki şəraitdən narazılıq edən idmançı qaldıqları otaqda boş yerin olmamasından şikayətlənib. O, "Bakı 2015" I Avropa Oyunlarındakı şəraitin bundan yaxşı olduğunu bildirib: "Ötən il Azərbaycanda olduq. Avropa Oyunlarında yüksək səviyyəli təşkilatçılıq vardı. Rio-de-Janeyro spesifik, cəngəllikdə yerləşən şəhərdir. Ancaq burada olmaq böyük arzudur".

Qeyd edək ki, Taras Mişuk və Dmitriy Yançuk iki nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə bürünc medal qazanıblar. I Avropa Oyunlarında kayak və kanoe yarışları Mingəçevirdəki "Kür" Olimpiya və Avarçəkmə Mərkəzində keçirilib.