Mərakeşli futbolçu "Qalatasaray"da qalacaq
Mərakeşli futbolçu Hakim Ziyeş Türkiyənin "Qalatasaray" klubunda qalacaq.
"Olimpsport" xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, İstanbul təmsilçisi 31 yaşlı vingeri almaq variantını aktivləşdirib.
Artıq İngiltərənin "Çelsi" klubu müqaviləni təsdiq edən sənədi "sarı-qırmızılar"a göndərib.
Qeyd edək ki, London təmsilçisi ötən ilin avqustunda Ziyeşi "Qalatasaray"a icarəyə vermişdi. O, cari mövsümdə 21 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Zadəganlar" oyunçunu 2020-ci ildə "Ayaks"dan 40 milyon avroya almışdı.