"Gümüş medal da yaxşı nəticədir"-Demyanenko

"Bu olimpiada mənim üçün uğurlu alındı. Hər halda cibimdə medal varsa, deməli, nəticə məni qane edir".

Olimpsport.az xəbər verir ki, bu sözləri 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə gümüş medal qazanmış Azərbaycan kanoeçisi Valentin Demyanenko deyib.

V.Demyanenko gümüş medalın yaxşı nəticə olduğunu bildirib: "Olimpiya medalı qazanmaq üçün bütün imkanlarım var idi. Amma gümüş medal da yaxşı nəticədir".

Qeyd edək ki, Demyanenko London-2012-də zədə səbəbindən uğursuz çıxış edib.