Poqba “Yuventus”u tərk etməyəcək

Pol Poqba ən azı daha 1 mövsüm “Yuventus”un formasını geyəcək.

Olimpsport.az saytının “Sky”a istinadən verdiyi məlumata görə, Turin klubu fransız futbolçu ilə bağlı hələ ki, heç bir klubdan rəsmi təklif almayıb. Halbuki Poqba ilə “Barselona” və “Çelsi”nin yaxından maraqlandığı deyilirdi. Həm rəsmi təklifin olmaması, həm də “Yuventus” və Poqbanın əməkdaşlığın davam etdirilməsində maraqlı olması fransızın daha bir mövsümdə Turində qalacağını düşünməyə əsas verir.

Xatırladaq ki, 23 yaşlı futbolçu cari mövsümdə “Qoca Sinyaro”nın heyətində meydana çıxdığı 45 oyunda 10 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.