Radik İsayev Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdünə layiq görülüb

Azərbaycan Prezidenti İlham Əliyev Radik Veleddin İsayevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

Olimpsport.az AZƏRTAC-a istinadən xəbər verir ki, R.İsayev xüsusi olimpiya təqaüdünə XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə görə layiq görülüb.

Xatırladaq ki, taekvondoçu R.İsayev “Rio-2016”da milli komandamıza qızıl medal qazandırıb.