Cüdo üzrə azərbaycanlı hakim MDB Oyunlarında yarışları idarə edib

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü Fariz Hüseynov Belarusda keçirilən MDB ölkələrinin Oyunlarında cüdo yarışlarını idarə edib.

"Olimpsport" xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Fariz Hüseynov avqustun 5-7-də Belarusda keçirilən MDB ölkələrinin Oyunlarının cüdo yarışlarında ədalət təmsilçiləri arasında yer alıb.

Xatırladaq ki, Belarusda keçirilən II MDB Oyunları avqustun 13-dək davam edəcək.