Azərbaycan məktəbliləri şahmat turnirində 70 komanda arasında beşinci olublar

Qazaxıstanın Aktau şəhərində məktəblilər arasında dünya şahmat turniri keçirilib.

"Olimpsport" xəbər verir ki, turnirdə Azərbaycanı Sumqayıt şəhəri İsmət Qayıbov adına liseyin şagirdləri təmsil ediblər.

Azərbaycanın Aktaudakı baş konsulu vəzifələrini icra edən Elçin Məmmədov bildirib ki, turnirdə 50 ölkədən 70-dən çox komanda mübarizə aparıb.

Azərbaycan şahmatçıları turnirdə uğurla çıxış edərək yarımfinala qədər yüksəliblər. Sumqayıt məktəbliləri turniri beşinci pillədə başa vurublar.

Turnirin qalibi adını Türkiyə şahmatçıları olublar.

Qazaxıstanı təmsil edən həmyerlimiz Edqar Məmmədov sürətli gedişləri və yeni təkrarolunmaz strategiyası ilə şahmatçılar arasında seçilərək ikinci yerə layiq görülüb.