Qadın voleybolçulardan ibarət millimiz 10-cu dəfə Avropa çempionatının finalında iştirak edəcək

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi ardıcıl onuncu dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcək.

"Olimpsport" xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Avqustun 15-dən sentyabrın 3-dək reallaşacaq “Avro-2023”ün oyunlarını “CBC Sport” telekanalı canlı yayımlayacaq.

Qeyd edək ki, komandamız C qrupunda yer alıb. Rəqiblərimiz Almaniya, Çexiya, İsveç, Türkiyə və Yunanıstan yığmalarıdır.