Amin Şıxaliyev Avropa paralimpiya çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Amin Şıxaliyev Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında bürünc medal qazanıb.

"Olimpsport" xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız 3-cü yer uğrunda qarşılaşmada qalib gələrək fəxri kürsüyə qalxıb.