Dünya Kuboku: Nicat Abasov bürünc medal uğrunda ilk görüşdən qalib ayrılıb

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda bürünc medal uğrunda ilk görüşünü keçirib.

"Olimpsport" xəbər verir ki, 28 yaşlı qrosmeyster ABŞ təmsilçisi Fabiano Karuana ilə qarşılaşıb.

Ağ fiqurlarla oynayan həmyerlimiz 26-cı gedişdə rəqibini təslim olmağa məcbur edib.

Şahmatçılar arasında ikinci görüş avqustun 23-də baş tutacaq. Üçüncü yeri tutmaq üçün Abasovu bu qarşılaşmada heç-heçə də qane edəcək.