Basketbol üzrə Azərbaycan millisinə yeni legioner cəlb olunacaq

Serbiyanın "Partizan" klubunun basketbolçusu Zak Ledey Azərbaycan millisində çıxış etməyəcək.

"Olimpsport" xarici KİV-lərə istinadla xəbər verir ki, federasiya ABŞ-dan olan oyunçunu yığmaya cəlb etmək fikrindən daşınıb.

29 yaşlı basketbolçunun əvəzinə "Monako"nun üzvü Donta Holla Azərbaycan pasportu veriləcək.

Qeyd edək ki, Zak Ledey 2021-ci ildən "Partizan"ın formasını geyinir. 26 yaşlı Donta Holl da elə həmin ildən "Monako"da çıxış edir.