Bakıda gümüş medal qazanan şahmatçının valideynləri mükafatlandırılacaq

Hindistanın “Mahindra&Mahindra” avtomobil şirkəti bu ayın əvvəlində Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda finala çıxan hindistanlı qrosmeyster Rameşbabu Praqnanandxanın valideynlərini mükafatlandıracaq.

"Olimpsport" xəbər verir ki, bu barədə şirkətin sədri Anand Mahindra yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, Praqnanandxanın valideynlərinə yeni avtomobil hədiyyə olunacaq.

“Hesab edirəm ki, onlara oğullarının uğuruna görə bu yolla öz təşəkkürümüzü bildirməliyik” – deyə iş adamı vurğulayıb.

Qeyd edək ki, Rameşbabu Praqnanandxa Dünya Kubokunun finalında norveçli Maqnus Karlsenə uduzub.