Dünya oyunlarında uğurlu çıxış edən paralimpiyaçılarımız Vətənə qayıdıblar

İngiltərənin Birmingem şəhərində keçirilmiş IBSA dünya oyunlarında iştirak edən Azərbaycan paralimpiyaçıları Vətənə qayıdıblar.

"Olimpsport" xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsindən (MOK) məlumata yayıb. Cüdo və şahmat idman növləri üzrə milli komandaların üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.

Yığmamızı MOK nümayəndələri və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, dünya oyunlarında cüdoçularımızdan İlham Zəkiyev və Xanım Hüseynova gümüş, Şəhanə Hacıyeva isə bürünc medal qazanıb. Şahmatçılarımız isə yarışı 5-ci pillədə başa vurublar.