Teymur Rəcəbov Hindistana yollanır

Şahmat üzrə Azərbaycan milli komandasının üzvü Teymur Rəcəbov avqustun 31-də Hindistanda keçiriləcək "Tata Steel Chess" turnirində iştirak edəcək.

"Olimpsport" xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb. Məlumata görə, turnirdə Teymur Rəcəbovla yanaşı Bakıdakı Dünya Kubokunun finalçısı Rameşbabu Praqnanandha o cümlədən Domaraju Qukeş, Arjun Erigaisi, Vidit Qujarati və Pentala Harikrişna (hamısı Hindistan), Nodirbek Abdusattorov (Özbəkistan), Aleksandr Qrişuk (FIDE), Vinsent Keymer (Almaniya), Maksim Vaşye-Laqrav (Fransa) və digərləri mübarizə aparacaq.

Reqlamentə əsasən şahmatçılar əvvəlcə rapid, son iki gündə isə blitsdə yarışacaqlar.