
Azərbaycan millisi oyun hazırlığını Bizauda davam etdirir
Futzal üzrə dünya çempionatının elit mərhələsi çərçivəsində sentyabrın 15-də Rumıniya yığması ilə qarşılaşacaq Azərbaycan millisi hazırlığını oyunun keçiriləcəyi Buzau şəhərində davam etdirir.
"Olimpsport" xəbər verir ki, bu gün “Romeo Lamandi Arena"da 1 saat məşq keçən futzalçılarımız taktiki tapşırıqları yerinə yetirib, bir neçə standart vəziyyət üzərində işləyiblər.
Məşqdən əvvəl Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Elşən Abasov futzalçılarla görüşüb, komandanın problemləri ilə maraqlanıb, federasiya rəhbərliyinin tapşırıqlarını çatdırıb və qarşıdakı oyunda milliyə uğurlar arzulayıb.
Qeyd edək ki, Rumıniya-Azərbaycan oyunu sentyabrın 15-də, Bakı vaxtı ilə saat 19:30-da keçiriləcək və "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.
Daha çox xəbər







24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər







21-09-2023
AFFA-da 2024/25-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

21-09-2023
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda beşinci medalı qazanıb


21-09-2023
Çempionlar Liqası: "Qalatasaray" heç-heçə edib, "Real Madrid" qələbə qazanıb











